Son dəqiqə: Qarabağda nə baş verir?backend

Azərbaycanın ordusunun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazidə atəşkəsə riayət edilməsi çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzində jurnalistlərlə görüş olub.

“Yeni Gündəm” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdamın Mərzili kəndi yaxınlığında mərkəzdə olan əsgərlər bölgəni pilotsuz uçuş aparatları vasitəsilə müşahidə edirlər. 4 hektar ərazidə qurulmuş və 65 prefabrik yaşayış , xidmət sahəsinə sahib olan mərkəzdə 60 Türk və 60 Rus əsgəri xidmət edir.

Mərkəzdə yaşayış və istirahət yerləri bir-birindən ayrıdır. Mərkəzdə hər bir ölkənin qərargahının yerləşdiyi ərazidə bir məscid və bir kilsə var. Mərkəzin təhlükəsizliyini Azərbaycan əsgərləri təmin edir. Mərkəzdə idman salonları, futbol, voleybol və basketbol meydançaları da var.
Türkiyədən gələn Polkovnik Əli Karakaş, pozuntulara dair məlumatların toplanmasının, birləşdirilməsinin və yoxlanılmasının mərkəzdə təşkil edildiyini bildirərək deyib, “Burada müşahidələr aparılır, İHA və digər mənbələrdən alınan məlumatlar qiymətləndirilir və qeyd olunur. Bununla əlaqədar şikayətlər, məsələlər və ya problemlər araşdırılır, atəşkəs pozuntularının qarşısını almaq üçün tədbirlər görülür ”.

Rus hərbi zabitlərindən olan polkovnik Mihail Zavalkin, həftənin 7 günü 24 saat müşahidə apardıqlarını və bu günə qədər heç bir qanun pozuntusu aşkar edilmədiyini deyib. 27 sentyabr 2020-ci ildə başlayan savaşda, Ermənistan 10 noyabrda məğlubiyyəti qəbul etmişdi. Daha sonra atəşkəsə riayət etmək üçün bu ortaq mərkəzin yaradılması qərar verilmişdi.

image-img-20210208-wa0021