SON DƏQİQƏ! Qarabağın yeni xəritəsi açıqlandı: Bu ərazilərdə.backend
Meşəlik ərazidə bəzi erməni silahlı birləşmələrinin qalmasına görə, Rusiya sülhməramlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə də nəzarət etməyə başlayıb.

 

“Yeni Gündəm” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlı əməliyyat zonasının yenilənmiş xəritəsi yayımlanıb. Xəritənin yeni versiyasına əsasən, zonaya Xocavənd rayonunun Çaylaqqala (Xtsaberd) və  Köhnə Tağlar (Khin Taher) kəndlərinin əraziləri də daxildir.

Qeyd edək ki, atəşkəsdən sonra bu kəndlərin meşələrində erməni terrorçuları qalmış, bir gün əvvəl  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu terrorçulara qarşı anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.