SON DƏQİQƏ: Qazaxıstan Rusiyaya nota verdi – Qardaş ölkəyə qarşı ərazi iddiaları bitmək bilmirbackend

Qazaxıstan Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Vyaçeslav Nikonovun açıqlamaları ilə əlaqədar Rusiyaya nota verib.

“Yeni Gündəm” xəbər verir ki, daha əvvəl millət vəkili Birinci Kanalda “Qazaxıstan ərazisi Rusiyanın böyük bir hədiyyəsidir”, – deyə sərsəm açıqlama ilə çıxış edib.

Qazaxıstan Xarici İşlər nazirinin müavini Marat Sızdıkov Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Komarovla görüşü zamanı Dövlət Dumasının üzvü Vyaçeslav Nikonovun bu açıqlamasını Qazaxıstana ərazi iddiası kimi qiymətləndirib. Nazirliyin mətbuat xidmətinin şənbə günü verdiyi məlumata görə, Qazaxıstan Xarici İşlər Nazirliyinin mövqeyi ilə bağlı notası rusiyalı diplomata çatdırılıb.

“Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Komarov Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüş zamanı Qazaxıstan Xarici İşlər nazirinin müavini Marat Sızdıkov Birinci Kanalda Rusiya Federasiyası Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun açıqlamalarından narahatlığını bildirib.

Xarici İşlər Nazirliyi bəzi rus siyasətçilərinin Qazaxıstana qarşı tez-tez törədilən təxribatçı informasiya hücumlarının dövlətlər arasındakı müttəfiqlik münasibətlərinə ciddi ziyan vurduğunu qeyd edib. “Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən bu cür bəyanatların adekvat qiymətləndirilməsini gözləyir və Rusiya Federasiyasının dövlət xadimlərindən bu tipli bəyanatların irəli sürülməsinin qarşısını almaq üçün tədbirlər görməyi tələb edir”- deyə məlumatda deyilir.