SON DƏQİQƏ: Rayon rəhbəri piknikdə dünyasını dəyişdibackend

Qızılay Kovancılar rayonunun rəhbəri Hüseyn Yüksel faciəvi şəkildə dünysaını dəyişib. 

“Yeni Gündəm” xəbər verir ki, Tuncelidə sərinləmək üçün girdiyi Munzur çayında onu cərəyan aparıb.

 

Əldə edilən məlumata görə, dostları ilə piknik etmək üçün Elazığdan Munzur Vadisi Milli Parkına gələn 42 yaşındakı Hüseyn Yüksel sərinləmək üçün Munzur çayında çimmək istəyib. Bir müddət sonra Yükseli çayın axını aparıb . Vəziyyəti anlayan dostları və ətrafdakı vətəndaşlar Yüksəli xilas etmək istəsələr də, buna nail ola bilməyiblər.

Xəbərdarlıq üzərinə polis və sağlamlıq qrupları hadisə yerinə sövq edilib. Bədii özfəaliyyət qruplarının işi nəticəsində sudan çıxarılan Yüksel Tunceli Dövlət Xəstəxanasına aparılıb. Bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyən Yüksel həyatını itirib.