SON DƏQİQƏ! Rayondan dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar varbackend

Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.