SON DƏQİQƏ! Rus general Qarabağdan gedir: Yerinə görün,kim gəlirbackend

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Aleksey Avdeyev bu ayın sonunadək vəzifəsinin icrasına başlayacaq.

“Armenian News”a xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyindəki bir mənbə məlumat verib.

Bundan əvvəl “Hraparak” qəzeti sülhməramlı qüvvələrin komandirinin rotasiyası və general Rüstəm Muradovun dəyişdirilməsi barədə məlumat yayıb.

General Avdeyev qısa müddətdə bölgəyə gələcək və ayın sonunadək vəzifəsinin icrasına başlayacaq.

General Avdeyev 17 may 1967-ci ildə Daşkənddə anadan olub. O, Sverdlovsk Suvorov Hərbi Məktəbini bitirib. Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandanlıq vəzifələrində xidmət edib. 1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Kombinə Silahlar Akademiyasını, 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Bundan sonra müxtəlif, o cümlədən 2019-cu ildən Cənubi Hərbi Dairə komandirinin müavini vəzifəsini tutub.

yenisabah.az