SON DƏQİQƏ: Rusiya hərbi gəmiləri bombardmana başladı – NƏ BAŞ VERİR?backend

ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırması ilə bağlı xəbər Rusiyada narahatlığa səbəb olub.

“Yeni Gündəm” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bölgədə Qara dəniz suları ilə sərhədləri olmayan dövlətlərin bölgədə artan fəaliyyətindən narahat olduqlarını dilə gətirib. “Interfax” agentliyinin məlumatına görə, Qruşko Qara dənizdəki hərbi gəmilərin bütün həmlələrinin Türkiyəyə boğazlarda nəzarət hüququ verən Montreux Konvensiyasına uyğun olmağının vacibliyini vurğulayıb.

Vaşinqtona meydan oxuyan Moskva, geniş miqyaslı bir müharibənin bütün Ukraynaya yayılacağından qorxduğunu və qarşıdurmaların baş verəcəyi təqdirdə, bölgədə yaşayan Rusiya vətəndaşlarını qorumaq üçün hərəkətə keçəcəyini açıqlayıb.

Münaqişə xəttindəki yeni görüntülərdə Rusiya ordusunun sərhədə BMP-3 tanklarını, S-400-lərdə istifadə olunan 5T58-2 və 48N6 raketlərini göndərdiyi diqqət çəkir.

Rusiyanın hərbi televiziyası olan “Zvezda” Qara dəniz üzərində həyata keçirilən və döyüş təyyarələrinin Krımdakı hədəfləri raketlərlə məhv etdiyi təlimlərin görüntülərini paylaşıb.

Həmçinin, Qara Dəniz Donanmasında olan “Qraivoron” və “Vişnıy Voloçek” adlı raket gəmilərindən atəş açıldığı bildirilib.