SON DƏQİQƏ! Rusiyanın yeni itkiləri açıqlandı – Dəhşətli rəqəmbackend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya təxminən 23 500 hərbçisini itirib. Həmçinin 84 qanadlı raket, 2 471 zirehli döyüş maşını, 1 026 tank, 450-dən çox artilleriya sistemi, 192 təyyarə, 155 helikopter vurulub.

Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.