SON DƏQİQƏ:Sabiq spiker həbs olundu – FOTObackend

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovu qanunsuz toplantının təşkil edilməsi ittihamı ilə həbs edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə TASS-a Şarmazanovun köməkçisi Qeqam Petrosyan bildirib.

“Milli Təhlükəsizlik Xidməti Eduard Şarmazanovu ilkin həbs (72 saatlıq) etmək barədə qərar qəbul etdi. Onu qanunsuz toplantının təşkilat olunmasında ittiham etdilər”, – Petrosyan qeyd edib.