SON DƏQİQƏ: Şair itlərin hücumuna məruz qalıb – Vəziyyəti ağırdırbackend

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Yaxınlarının verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar. (Qafqazinfo)