SON DƏQİQƏ! Seperatçılar və sülhməramlılarla bağlı ŞOK ADDIM – Azərbaycan birdəfəlik…backend

Ölkəmizə qarşı şimalın “dobro”su ilə artan təxribatlardan neft-qaz “qoxusu” gəlir; faktiki müttəfiqsiz qalan Rusiya Azərbaycan-Türkiyə tandemi ilə ehtiyatlı davranmalıdır, çünki…

Rusiyaya bağlı rəsmi və qeyri-rəsmi çevrələrin, məkrli qüvvələrin Azərbaycan əleyhinə təxribatları səngimək bilmir. Xəbər verildiyi kimi, “RİA-Novosti”nin məlum həyasızlığının ardınca Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlıları” srağagün Ermənistan baş prokuroru Artur Davtyanı Xankəndinə buraxıb. O da hər gün “Şeytan yuvası”nda yatıb yuxuda özünü “prezident” görən Araik Arutyunyanla görüşüb – beynəlxalq axtarışa verdiyimiz cinayətkarla.

Şübhə yox ki, hamıdan çox beynəlxalq hüquq normalarını gözləməli olan Ermənistan baş prokurorunun qanunsuz hərəkəti ən əvvəl Bakıya qarşı de-marşdır. 44 günlük müharibədə işğalçı Ermənistanın darmadağın edilməsinə rəğmən, ərazimizdə guya hələ də hansısa “erməni legitim strukturu”nun qaldığını nümayiş etdirmək məqsədi güdən avantürist gedişdir. Yoxsa Azərbaycan türməsinin darıxdığı separatçıbaşı Araik hansı önəmli şəxs, mühüm görəv yiyəsi, səlahiyyət sahibidir, ümumiyyətlə, kimdir ki, Davtyan İrəvandan basa-basa gəlib burada onunla üz-üzə oturmağı özünə şərəf bilsin? Az öncə Parisin ermənidən çox erməni olan meri Ann İdalqo kimi o da görüş üçün Araiki İrəvana çağıra bilərdi…