SON DƏQİQƏ: Şuşada nə baş verib? – AÇIQLAMAbackend

“Yeni Gündəm” “Time TV”yə istinadən xəbər verir ki, Şuşada 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” konfransında dava düşüb, söyüşlər göydə uçuşub.

 

Orada iştirak edən jurnalistlərdən birinin “Time TV”-yə verdiyi məlumata görə, özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Bizə 4 həmkarımız olayın baş verdiyini təsdiqləyib.

Onlar bu tərbiyəsizlikdən hiddətlənib, şəhidlərin qanının töküldüyü yerdə təhqirlərin yağmasının onlara təsir etdiyini deyiblər. Jurnalistlər bildiriblər ki, Şuşada, İsa bulağında haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, qafqazinfo.az saytının redaktoru Elbrus Ərud və şoumen, “Xəzər TV”-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər. Sərxoş vəziyyətdə hər kəsin yanında söyüşlər söyməkdən çəkinməyiblər. Bu olaya etinasız qalmayan Şuşa komendantının müşaviri Zaur Həsənov onlara, – “Burda igidlərimiz şəhid olub, heç olmasa, onların ruhu xatirinə ədəbli olun”, – deyib sakitləşdirməyə çalışsa da, Eynulla Fətullayevlə Elbrus Ərud onu da, şəhidləri də ağır söyüşlərlə təhqir ediblər. Bu hadisələr prezidentin köməkçisi Hikmət Hacıyevin, digər rəsmilərin, bir sözlə, bütün qonaqların gözü qarşısında baş verib. Hətta tədbirdə iştirak edən qazilərin xahişlərini də dinləməyiblər. Uzun mübahisədən sonra onları sərxoş vəziyyətdə hotelə yerləşdiriblər./Time.tv

7Times.az xəbər  verir  ki, məsələ ilə bağlı haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev də açıqlama paylaşıb.O,paylaşımında vəzifəli şəxsi masasından qovduğunu etiraf edib.

“Dünən Şuşa şəhərində, son illər ərzində ilk dəfə media ilə bağlı möhtəşəm tədbir keçirildi. Dünyagörüşlərin toqquşması, yeni trendlər, geosiyasi təlatümlər içində olan dünyanın yeni qütblərində gedən savaş və digər aktual mövzular barəsində açıq və maraqlı müzakirə oldu. Yeni düşüncəyə və demokratik ənənəyə görə MEDİA agentliyinə və şəxsən prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkürlər…
Tədbirdən sonra kiçik ziyafət oldu.
Bu gün səhərdən, trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edir.
Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Murad Dadaşov, Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi.
Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit.
Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər…”