SON DƏQİQƏ:Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldubackend
Tanınmış vəkil Tahir Əlirzayevin ölüm səbəbi bəlli olub.
“Yeni Gündəm” xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov onun koronavirusdan vəfat etdiyini deyib.
Anar Bağırov mərhum həmkarı haqda yazıb:
“Bu statusu yazmaq mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçiririrəm. Son dəfə Tahirlə srağagün danışmışam, COVİD-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi,  ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə  gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.
Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.
Xeyirxah və qayğıkeş qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun.
Allah sənə qəni-qəni rəhmət eləsin…