SON DƏQİQƏ! Türkiyə ordusunun olduğu ərazi bombalandı – Çox sayda ölü və yaralı varbackend

Ötən gecə Türkiyə ordusunun nəzarətindəki Suriyanın Əl-Bab və Cerablus bölgələrinə ballistik raketlərlə zərbələr endirilib.

“Yeni Gündəm” xəbər verir ki, Türkiyə sərhədinə yaxın olan Cerablusun raketlərlə hədəfə alınması nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Bildirilir ki, ərazidəki Hamiran neftçıxarma mərkəzi hədəf alınıb və buradakı neft çənləri alovlanıb.

Cerabusa edilən hücumdan 10 dəqiqə sonra isə Əl-bab bombalanbıb. Hələbə bağlı olan ərazinin bombalanması nəticəsində insan itkisi olmayıb.

Suriya Milli Ordusu hücumun Rusiya tərəfindən həyata keçirildiyini və şəhərlərin ayrı-ayrı bazalardan açılmış atəşlə vuruduğunu bildirib.