SON DƏQİQƏ: Universitetdə həyəcan – Yanğınsöndürənlər hadisə yerində – VİDEObackend

Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyəcanlı anlar yaşanıb.

“Yeni Gündem”-in məlumatına görə, “Azərbaycan Universitetləri” səhifəsi ali təhsil müəssisəsində yanğın olması barədə xəbər yayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Lakin ADNSU-dan bildirilib ki, bu gün ali məktəbdə heç bir yanğın olmayıb:

“Sadəcə qazanxanadan çıxan tüstü bəzi panikaya səbəb olub. Bunun də nəticəsi olaraq FHN-ə zəng edilib”