SON DƏQİQƏ: Vado Korovindən “Space” Tv ilə bağlı AÇIQLAMAbackend

Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilib. Onların sırasında Etibar Babayev, Vüqar Qaradağlı, Turan İbrahimov və Vado Korovinin “Space”nin rəhbəri olmaq şansının daha çox olduğu deyilib.

Məsələ ilə bağlı Redaktor.az saytına açıqlama verən “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin bildirib ki, bu fikirlər şayədir:

“Bilmirəm bu məlumat hardan əldə edilib. Heç bir fakt yoxdur. Deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, yayılan məlumatlarda Vado Korovinin bir neçə gün öncə ATV-dəki işindən ayrılması, onun “Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirmişdi.