SON DƏQİQƏ: Xalq artisti vəfat etdibackend
Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.
Bu barədə APA-ya onun yaxınları məlumat verib.
Qeyd edək ki, xanəndə iki ay öncə beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.
Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992- ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Xalq artisti Canəli Əkbərov vəfat etdi