SON DƏQİQƏ xəbəri: Azərbaycanlılar Türkmən dağında qanlı döyüşlər aparırbackend

Azərbaycanlılar Türkmən dağında qanlı döyüşlər aparır – SON DƏQİQƏ xəbəri.

“Yeni Gündəm” virtualaz-a istinadən xəbər verir ki, bu haqda “Al Mayadeen” nəşri bildirir. Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır.

Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb.

 

Bu iki qruplaşma “ən-Nüsra Cəbhəsi” kimi də tanınan “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı vahid cəbhə yaradıb və onun komandiri Əbu Məhəmməd əl-Culaniyə tabe olmur. Həmin qruplaşmalar Türkmən dağında möhkəmlənib, “Həyyat Təhrir əş-Şam” yaraqlıları onlara iki istiqamətdən həmlələr edir. Bir neçə gün əvvəl “Həyyat Təhrir əş-Şam” bu qruplaşmalara qarşı özünün artilleriyasını və tanklarını da işə salıb. Bildirilir ki, Türkmən dağında mövqe tutmuş qruplaşmalarla danışıqlara heyət göndərilsə də “Cundullah” üzvləri onları edam ediblər.

“Cundullah” qruplaşmasının “Həyyat Təhrir əş-Şam”la heç cür barışmaq niyyəti yoxdur və sonadək döyüşməkdə qərarlıdır.