SON DƏQİQƏ: Zəngəzur dəhlizi açılıb? – Hərbi ekspertbackend

“Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə! Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının 32 illik Azadlıq mübarizəsinin ən parlaq səhifəsidir: “Gəlin, real mübarizə apardığımız müddəti qısaltmayaq, çünki biz 32 ildir bu yolda şəhid veririk. Bəlkə gələcəkdə yenə şəhidlərimiz olacaq, amma onların qisası heç zaman yerdə qalmayacaq. Zəngəzur dəhlizinin açılması Zəfərimizin bariz nümunəsi olmaqla bərabər, şəhidlərimizin qisasının alınmasının sübutlarından biridir”.
Qeyd edək ki, Ermənistanın pastark.am saytı da 17 noyabrda Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzaladığını bildirmişdi.
Nəşr iddia edirdi ki, məhz bu sənəd imzalandıqdan sonra döyüş əməliyyatları dayandırılıb.
Hələ ki, məsələni təsdiq edən hər hansı rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Həmin bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi açılmalıdır.