SON DƏQİQƏ!Avropa Parlamenti Azərbaycan və Türkiyəyə qarşı bu qətnaməni qəbul etdibackend

Birgə Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Birgə Təhlükəsizlik və Müdafiə Siyasətinin (CSDP) illik hesabat qərarları 20 yanvar tarixində Avropa Parlamenti tərəfindən qəbul edilib.

PROPRESS xəbər verir ki, sözügedən qərarların ilkində Dağlıq Qarabağ məsələsinə ayrıca bir bənddə toxunulub və Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirilib.

Avropa Parlamenti Ermənistanı və Azərbaycanı Kassetli Silahlardan İstifadəyə dair Konvensiyanı təsdiqləməyə çağırıb.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinə hələ qalıcı bir həll tapılmadığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağda erməni əhalinin təhlükəsizliyi, erməni mədəni irsi, məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə təhlükəsiz qayıtması təmin olunmalıdır.

Bundan əlavə, sənəddə bütün hərbi cinayətlərin düzgün araşdırılması və günahkarların mühakimə olunmaları istənilib.

38-ci bənddə Avropa Parlamenti Türkiyənin Cənubi Qafqazdakı “həssas” sabitliyi pozan “rolunu” şiddətlə tənqid edib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinə Azərbaycana hərbi yardım təklif etməklə müdaxilə etməməyə, sabitliyi pozan hərəkətlərdən çəkinməyə və sülhü fəal şəkildə təşviq etməyə çağırılıb.