“Son məğlubiyyətdə günahı kimdə görürsünüz” – sualına ermənilərdən maraqlı cavabbackend

“GALLUP Ermənistanda sorğu keçirib və insanlara “Son məğlubiyyətdə günahı kimdə görürsünüz” deyə tək bir sual ünvanlanıb”.

Bu barədə  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadçı deyib ki, sorğuda iştirak edənlərin 32 faizi keçmiş hakimiyyəti (Sarkisyan-Koçaryan çütlüyünü) günahlandırıb: Ermənilərin 28,8 faizi Paşinyan və hökumətini, 16,1 faizi Türkiyəni günahkar sayıblar. 10,2 faiz isə deyib ki, Ermənistan və qondarma “Arsax” məğlub olmayıb, 4,4 faiz isə öz ordularını günahkar bilib. Yerdə qalanlar da kosmosdan tutmuş, Masonlara qədər müxtəlif cavablar veriblər”.

Natiq Cəfərli verilən cavablara görə, erməni cəmiyyətini belə xarakterizə edib: “Deməli cəmiyyət hələ də “Qarabağ klanının” qayıtmasını istəmir, Paşinyan növbəti seçkilərdə hələ də çox güclü dəstəyə malik olacaq. Çox güman ki, öz komandasından kimisə irəli verib və ətrafında koalisiya qurub yenə qalib gələ bilər, Türkiyə və türkləri dünyada hər şeyin baiskarı görən xəstə millətçilər var. “Biz məğlub olmadıq”, deyənləri isə 2 qrupa ayırmaq olar: a) Ağıllı, düşünməyi bacaran və hərbi məğlubiyyəti sağlam cəmiyyət qurmaq üçün fürsət bilənlər, b) öz xislətlərinə görə heç vaxt məğlubiyyətlə barışmayan tiplər”.konkret