“Son statusunda mənim şeirimi paylaşmağından çox təsirləndim…” – Ramiz Rövşənbackend

Xalq Şairi Ramiz Rövşən Moderator.az vasitəsilə bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişən ilahiyyatçı alim Hacı Şahin Həsənli haqqında bunları söyləyib:

“Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Günlər yarpaq kimi qopmur ömürdən,

Qopur diş kimi, dırnaq kimi.

Hər keçən gündən iz qalır

Üzümdə cırmaq kimi.

Çətini yaşamaqdı,

ölmək nədi ki? Heç nə.

Son dəfə nəfəsini çəkib içinə

bir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan,

Nə var su içində ölməkdən asan?

Xeyri yox, lap dönüb balıq olasan,

əcəl durub yol üstə qarmaq kimi.

…Qıymadın bir kimsəni oyatmağa,

Bu səhər üz tutub sübh əzanına –

getdin.

Bizdən ayrıldın daha,

Ən əziz dostun yanına getdin.

Daha nə dərdin?

yanında dostun var Allah kimi…