Son sutkada 14 nəfər koronavirusa yoluxdubackend

Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma halı təsdiqlənib, daha 3 nəfər müalicə olunaraq sağalıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 1 131-ə, sağalanların sayı isə 920-yə çatıb. Xəstəlikdən ölüm göstəricisi isə 16 nəfərdir.

Hazırda Gürcüstan üzrə karantində 6 183, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.Report