Son sutkada koronavirusa 1 009 yoluxma qeydə alınıb, 23 nəfər ölüb – Ermənistandabackend

Ermənistanda son sutkada koronavirusa 1 009 yoluxma qeydə alınıb.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 167-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 720 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 181 180-a yüksəlib. Hazırda 16 315 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.