Son sutkada nə qədər vaksin vurulub?backend

Azərbaycanda son sutkada koronavirus əleyhinə 33 186 vaksin vurulub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə 14 539 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə isə 4 310 597 nəfər təşkil edir.