Son sutkada yoluxanların sayı ilə bağlı AÇIQLAMAbackend

Azərbaycanda bu gün koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.