Sona Şahbazbəyova vəfat etdibackend

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, ali məktəbin Ailə təbabəti kafedrasının dosenti Sona Şahbazbəyova dünyasını dəyişib.

Qeyd edək ki, S.Şahbazbəyova 1965-1971-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisasında təhsil alıb. 1974-1977-ci illərdə isə Moskvada Elmi Tədqiqat Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunda aspiranturanı bitirib. 35 məqalə və 3 dərs vəsaitinin müəllifidir.