“Sonra iddia edirki, bizi qərb aldatdı” – Qabil Hüseynlibackend

Putin sanki, heç nə olmamış kimi, Ukraynaya təcavüzün şərhini bildirdi. ”Biz heç nə etməmişik. Sadəcə olaraq öz təhlükəğsizliyimizi təmin etməyə çalışmışıq. Bizim Ordumuz yerindədir. Mübarizə apararaq ölkəmizin təhlükəsizliyini və əmin amanlığını qorumuşuq .”

Bu sözləri “Yeni Gündəm”-ə Azərbaycanın Sabiq Dövlət müşaviri Qabil Hüseynli bildirib.

Professor eyni zamanda Putinin fikirlərini sinizm adlandırdı.

“Bu fikirlər heç bir tənqidə dözməyən fikirlərdir. Eyni zamanda saxta və qeyri-realdır. Öz qardaşına hücum edib.

İnsanlarını məhvə, soyqırımına məruz qoyub. Sonrada özünə bəraət qazandırır. Sanki heç nə olmamış kimi. Buna sinizm deyirlər yəni həyasızlığın kuliminasiya nöqtəsi .O iddia edir ki, bizi qərb aldadaraq, ələ saldı.

Bizimlə səmimi davranmadılar. Yenədə riyakarlıq, yenədə adını sənə qoyum, sənidə yana yana qoyum.”

Fərahim RƏHİMOV

Yenigundem.az