Sonuncu iclas nə vaxt olacaq?backend

Milli Məclisin sonuncu plenar iclasının keçirilib keçirilməyəcəyi hələ müəyyənləşməyib.

“Yeni Gundem” in məlumatına görə, iclasın olub olmayacağı ölkə başçısının sərəncamından asılı olacaq.

Belə ki, sərəncamda parlamentin buraxılmasından sonra iclasların davam etdirilməsi qeyd olunsa, növbəti iclaslar dekabrın 17-si və 27-də baş tuta bilər.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi bununla bağlı sabah iclas keçirəcək. Sabahkı iclasdan sonra ölkə başçısı növbədənkənar seçkilərlə bağlı sərəncam verəcək.