Sosial platformalar yaranmış problem barəsində məlumat yaydıbackend

Xəbər verdiyimiz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb.

“Yeni Gündəm”-in məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir:

“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.