“Sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi şəkildə araşdıracağıq”backend

“Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi şəkildə araşdıracağıq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.

MSK sədri ki, kimdəsə hanısa fakt varsa, gecikdirmədən MSK-ya təqdim etsin: “Mən söz verirəm ki, addımlarımız çox ciddi olacaq. Heç kimin Azərbaycanda parlament seçkilərinin üzərinə kölgə salmaq haqqı yoxdur”.