Sovet yazıçısı vəfat etdibackend

Sovet və Rusiya yazıçısı Vladislav Krapivin vəfat edib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 82 yaşlı yazıçı bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

V.Krapivin 1938-ci ildə Tümen şəhərində anadan olub.

Yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan yazıçı 1974-ci ildə Lenin komsomolu mükafatına, 2014-cü ildə isə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.

Onlarla povest, roman müəllifi olan V.Krapivin daha çox uşaq yazıçısı kimi tanınıb.

2016-cı ildə Beynəlxalq Astronomiya İttifaqı 407243 saylı asteroidə Krapivinin adını verib.APA