“Şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər”backend

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur. Rəcəb Tayyib Ərdoğanın Şuşadan bölgə ölkələrinə “gəlin əməkdaşlıq edək”, “Rusiya prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi. Yəni Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər: “Bu onların işidir.

Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”.