Şövkət Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürüldübackend

Şövkət Mirzioyevin prezidentliyə namizədliyi irəli sürülüb.

“Yeni Gündəm”-in xəbərinə görə, TASS bu barədə bu gün Özbəkistan Liberal-Demokrat Partiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hazırkı Prezident Ş. Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının qurultayında təsdiqlənib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.

Xatırladaq ki, Ş. Mirziyoyev 2016-cı ildə ölkənin prezidenti seçilib.