Soyadı “tramplin” olan Aydın Veysəloğlu deputat olmaq istəyir? +ŞOK İDDİAbackend

“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbov deputat olmaq fikrinə düşüb.

32gun.az-a verilən məlumatda iddia olunur ki, iş adamı biznesini əldə saxlamaq üçün bu dəfə sentyabr seçicilərində namizəd olmaq qərarına gəlib.

Eyni ilə bəzi biznesmen deputatlarımız (red: adı yerli media biznesmen deputat kimi hallananlar) kimi …

Yerli mətbuatda  Aydın Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaxın qohumu, şəriki olması yazılıb.

Maraqlısı bundadır ki, Talıbovların hec bir qohumluq əlaqəsi olmasa da bu məsələ heç vaxt Aydın Talıbovun narahat etməyib, əksinə “tramplin” rolu oynayıb.

Xatırladaq ki, A.Talıbov 1994-cü ildən biznes fəaliyyətinə başlayıb. Rəhbəri olduğu şirkətdə atasının adı ilə bağldır. Ölkənin aparıcı supermarketləri kapitalı milyonlarla ölçülən ARAZ, OBA, FAVORİT SPAR və digər adını sadalaya bilmədiyimiz iri marketlərdə bu şirkətin nəznində fəaliyyət göstərir.