Şoyqu və Suren Papikyan sənəd imzaladıbackend

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı regional təhlükəsizlik, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra cari məsələlər müzakirə edilib.

Görüşün sonunda Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında 2023-cü il üçün hərbi əməkdaşlıq proqramı imzalanıb.

Ayşən