Şoyqudan NATO ilə bağlı açıqlamabackend

“Şərqi və Mərkəzi Avropada NATO qruplaşmalarının sayı 2,5 dəfə artaraq 30 mini ötüb. Yaxın gələcəkdə artma ehtimalı da yüksəkdir”.

“Yeni Gundem”-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Şərqi və Mərkəzi Avropada, Baltikyanı ölkələrdə NATO-nun qeyri-regional dövlətlərinin silahlı qüvvələrinin birləşmələri yerləşdirilir. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni batalyon taktiki qrupları yaradılır” – Şoyqu bildirib.

Nazir vurğulayıb ki, belə olan halda, Rusiya Belarusun hərbi təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edir”.