Şoyqudan Ukraynadakı vəziyyətlə bağlı açıqlamabackend

Dinc əhalinin təxliyəsinə imkan yaratmaq üçün Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatları ləngidilir.

“Yeni Gündəm” “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu bildirib.

“Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün atəşkəs rejimləri elan edilir və humanitar dəhlizlər yaradılır. Təbii ki, bu, hücumun sürətini ləngidir” – Şoyqu qeyd edib