Şoyqunun Bakıya gəlməsinin əsl səbəbi açıqlandıbackend

Rusiya Müdafiə Nazirinin (Şoyqunun) Bakıya gəlişinin güman olunan səbəb və məqsədləri.

Rəsmi səbəb:

Azərbaycan Müdafiə Nazirinin dəvəti

Qeyri-rəsmi səbəb:

İ. Əliyevin V. Putinlə son telefon danışığı.

Tovuz tərəfdə olmuş son döyüşlər kontekstində Rusiyanın Ermənistana hərbi yük göndərdiyi bilinəndən sonra İ. Əliyev V. Putinə zəng etmiş, suallar vermiş, iradını bildirmişdir. Güman ki, Putin telefonda bütün detalları demək istəməyib, ətraflı söhbət üçün Şoyqunu göndərəcəyini bildirib.

Məqsədlər:

1. Azərbaycanın Türkiyə ilə keçirdiyi irimiqyaslı hərbi təlimlərin ardınca atıla biləcək addımları öyrənmək;

2. BMT TŞ-də İrana qarşı sanksiyalarla bağlı qətnamənin qəbul olunmamasına baxmayaraq ABŞ-ın bu məsələdə təkbaşına hərəkət etməkdə israrlı olmasının kontekstində Rusiya-İran əməkdaşlığının müzakirəsi (Azərbaycan Rusiya və İran arasında yerləşdiyinə və yükdaşımada tranzit rolunu oynadığına görə, bizdəki hökumətin necə davranacağını öyrənmək);

3. Rusiyanın Ermənistana 12 dənə SU-30SM savaş uçağını satmaq təklifindən sonra Azərbaycanın da həmin uçaqları almaq istəyində ola biləcəyini yoxlamaq;

4. Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq istəyində olması kontekstdə yaxın gələcəkdə atıla biləcək addımları müzakirə etmək;

5. Putinin özəl ismarış(lar)ını İ. Əliyevə çatdırmaq.

Erkin Qədirli

Milli Məclisin deputatı