“Space“in yeni rəhbəri məşhur aparıcının verilişini bağladıbackend

“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişinin yayımını dayandırıb.

“Yeni Gündəm” xəbər verir ki, unikal.org-un məlumatına görə, onun aparıcılığını etdiyi “Hər səhər Mətanətlə” verilişi artıq iki gündür yayımlanmır.

Xatırladaq ki, Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.