“Space” TV-də müsabiqə qalmaqalıbackend

“Space” TV “Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqəsi qalmaqala səbəb olub.

Müsabiqənin qalibləri elan olunduqdan sonra nəticələr sosial şəbəkələrdə tənqid edilib.

Belə ki, müsabiqənin şərtlərində münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 5 nəfər qalib seçiləcəyi deyilsə də cəmi 3 qalib seçilib.

Qaliblər Füzuli rayon sakini Tural Nəbiyev və yazıçı Cavid Zeynallı olub, xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ Müharibəsi iştirakçısı olan Sürəyya Hümmətovaya təqdim edilib.

Qaliblərdən biri olan Tural Nəbiyevin Füzuli rayon İcra Hakimiyyətində İctimai şuranın üzvü olması da narazılıqla qarşılanıb.

Yenisabah.az