Spiker jurnalisti özünə köməkçi təyin etdibackend

Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

“Yeni Gündəm” “Report”a istinadən xəbər verir ki, Aqşin Hümmətov Milli Məclisin sədri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin edilib.

A.Hümmətov bu təyinata qədər “Yeni Azərbaycan” qəzetində çalışıb.

Qeyd edək ki, Milli Məclisin Sədrinin əvvəlki köməkçisi Füzuli Abbasov parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin olunub.