Spiker Mahir Abbaszadəyə irad bildirdibackend

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deputat Mahir Abbaszadəyə irad bildirib.

“Yeni Gündəm” xəbər verir ki, Mahir Abbaszadəni yerində tapmadığını deyən spiker qanun layihəsinin təqdimatından sonra millət vəkilinə bu şəkildə reaksiya verib: “Mahir müəllim, mən heç sizi yerinizdə tapmadım. Deyəsən pandemiya sizin üçün bitib. Ona görə məsafə saxlamırsınız”.

Qeyd edək ki, pandemiyaya görə deputatlar stolda tək-tək əyləşirlər.