Stadnik dünya çempionu oldubackend

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionu olub.

“Yeni Gumdem” xəbər verir ki, o, həlledici görüşdə rumıniyalı Emiliya Alina Vuçu ilə görüşüb.

İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən M.Stadnik yekunda rəqibinə göz açmağa imkan verməyib: 13:0.

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yeddiqat Avropa çempionu olan Stadnik dünya çempionatında ilk dəfə 2009-cu ildə qızıl medal qazanmışdı.