NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Şimali Atlantika Alyansının sammitlərində iştirak etdiyi dünya artıq mövcud deyil.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya prezidentləri Vladimir Putin və Dmitri Medvedev NATO sammitlərində iştirak edəndə mən baş nazir idim… O dünya artıq yoxdur”, o, bu sözləri Berlində təhlükəsizlik konfransı zamanı deyib.
Stoltenberq NATO-nun hələ də Rusiya tərəfi ilə, xüsusilə də silahlara nəzarət sahəsində minimal təmaslara ehtiyacı olduğunu vurğulayıb və əlavə edib ki, uzun illər alyans “Rusiya ilə daha konstruktiv əlaqələr qurmağa çalışıb”.
Şimali Atlantika Alyansının baş katibinin sözlərinə görə, Ukraynadakı münaqişə tərəflər arasında “mənalı dialoq ideyasını məhv edib”.
“Biz eskalasiyanın, insidentlərin qarşısını almaq üçün hərbi əlaqə kanallarını saxlamalıyıq” deyə vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Atlantika Alyansının Ukraynaya qarşı “müharibə tətbiq etməkdə” davam etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, NATO Ukraynadakı münaqişənin həllində maraqlı deyil.
Ayşən
Yenigundem.az