Sübhi Kazımov: Sumqayıt Məhkəmə Kompleksində 6 məhkəmə fəaliyyət göstərəcəkbackend

Bu gün Sumqayıt məhkəmə kompleksində ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, millət vəkilləri, vəkillər və hüquqşünas alimlərin iştirakı ilə məhkəmə kompleks binası ilə tanışlıq həyata keçirilmişdir.

“Kompleks müasir üslubda inşa olunub və ən müasir İnformasiya Kommunikasiya Texnologiyaları təchizatı tədbiq olunub ” deyə Ədliyyə nazirliyi təşkilat baş idarəsinin rəis müavini Sübhi Kazımov “Yeni Gündəm”-ə açıqlamasında bildirib .

“Yeni Gündəm” xəbər verir ki, S.Kazımov açıqlamasında bildirib : “Bir neçə gün bundan öncə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən binanın açılışı həyata keçirilmişdi . Kompleks ,müasir üslubda inşa olunub və ən müasir İnformasiya Kommunikasiya Texnologiyaları (iKT) təchizatı tədbiq olunub.

Məhkəmə binası Azərbaycan hökumətinin və dünya bankının birgə maliyyə layihələşdirilməsindən nəticəsində inşa edilib .Sumqayıt məhkəmə kompleksində 6 məhkəmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur .

Belə ki, burada Sumqayıt Apellyasiya məhkəməsi
Sumqayıt Şəhər məhkəməsi
Sumqayıt İnzibati məhkəməsi
Sumqayıt Konversiya məhkəməsi
Sumqayıt Ağır cinayətlər məhkəməsi
və müvəqqəti olaraq Qubadlı rayon məhkəməsi
inşallah Qubadlıya dönüş etdikdən sonra Qubadlı məhkəməsi orada öz fəaliyyətini davam etdirəcək. Binada 50- yə yaxın hakim 240-a yaxın məhkəmə aparatı əməkdaşı fəaliyyət göstərəcəkdir.

1 qapı prinsipi
Sumqayıt şəhərində məhkəmə ilə bağlı vətəndaşların ünvanı bir olacaqdır . Vətəndaşlar məhkəmə kompleksinə daxil olduqdan sonra İKT-ın ən son nailliyətlərindən istifadə etməklə elektron növbə sənədlərlə hansı prossesin hansı zalda aparılması hansı hakimin icraatında olmasını elektron avadanlıq vasitəsilə öyrənilməsi sənədlərin qəbulu və s həyata keçəcəkdir .Bina daxildə inzibati və ictimai zonaya bölünməkdədir . “Bir qapı” prinsipinə uyğun olaraq içəri girən vətəndaşlar bu işə məsul məhkəmə aparatı işçilərindən zəruri məlumatlar əldə edə bilərlər .

Femida sistemi
“Femida ” sistemi elektron məhkəmə informasiya sistemi çərcivəsində məhkəmə prosseslələrinin audio- video yazılışının həyata keçirilməsidir.”

“YeniGundem.az”

Ayşən Rəhim