“Sudanda ABŞ diplomatik karvanına atəş açılıb” – Blinkenbackend

ABŞ dövlət katibi Entoni Blinken ABŞ diplomatik karvanının Sudanda atəşə tutulduğunu təsdiqləyib.

“Yeni Gundem” xəbər verir ki, onun məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Blinken bildirib ki, o, bu səhər Sudan ordusu və paramiliter Çevik Dəstək Qüvvələrinin komandirləri ilə telefonla danışıb və atəşkəsə çağırıb.

Bundan əvvəl Aİ səfirinin Sudanın paytaxtı Xartundakı evində hücuma məruz qaldığı bildirilirdi.

Sudanda artıq dördüncü gündür ki, ölkə ordusu ilə yarımhərbiləşdirilmiş “Sürətli Dəstək Qüvvələri” arasında toqquşmalar davam edir. BMT-nin məlumatına görə, Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 200-ə çatıb, yaralananların sayı isə 1800-ü ötüb.

Fərahim Rəhimov