Sükan arxasına keçən azyaşlı anasını öldürdübackend

Rusiyanın Kursk vilayətində sükan arxasına keçən altı yaşlı uşaq avtomobillə anasını vurub.

TASS bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətinə istinadla məlumat yayır.

İlkin məlumatlara görə, 2015-ci il təvəllüdlü oğlan avtomobilin sükanı arxasına keçərək onu işə salıb və geri sürüb.

Bu zaman maşın onun idarə etdiyi avtomobillə “Nissan Murano”nun arasında dayanan anasına çırpılıb.

Qadın xəstəxanasında ölüb. Fakt araşdırılır.

Yerli KİV-in məlumatına görə, hadisə qəbiristanlıqda baş verib. 28 yaşlı qadın avtomobili yanılı vəziyyətə qoyaraq gedib.