Süleyman Soylu: “ABŞ-ın başsağlığı mesajını qəbul etmirik, terrorçunu tutmasaydıq…”backend

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən İstanbulun İstiqlal prospektində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı açıqlama verib.

Süleyman Soylu sərt mesajlar ünvanlayıb.

“Biz tədbirin harada və necə əlaqələndirildiyini bilirik”, – deyə nazir Soylu tədbirdən sonra texniki dinləmənin təfərrüatlarını paylaşıb.

O, ABŞ səfirliyinin başsağlığı mesajını qəbul etmədiklərini xüsusi vurğulayıb.

“Hadisənin necə koordinasiya edildiyini bilirik. Polis, valilik lazımi açıqlamaları verib və bunu davam etdirir. Bizə verilən mesajı aldıq və bizə verilən mesajın nə olduğunu da bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmədik. Biz heç kimin düşməni deyilik. Heç kimə xəyanət etmirik. Texniki dinləmələrdə terror təşkilatının terrorçunu öldürmə əmrini verməsi aşkar olunub. Əgər biz terrorçunu tutmasaydıq, onu qaçaqmalçılıq yolu ilə Yunanıstana aparacaqdılar”, – deyə daxili işlər naziri bildirib.

Musavat.com