Süleymaninin qətlində əli olan ABŞ generalı ölü tapıldıbackend

İran generalı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən Əl-Udeyd aviabazasında ölü tapılıb.

“Yeni Gündəm” xarici mənbələrə istinadən xəbər verir ki, Uillis İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin ölümündə əlaqəli bilinərək İran xüsusi xidmət orqanları tərəfindən axtarılırdı.

ABŞ generalının ölümünün qeyri-döyüş şəraitində baş verdiyi bildirilsə də, hansı səbəbdən vəfat etdiyinə dair təfərrüatlar açıqlanmayıb.

ABŞ-ın Müdafiə Departamenti də generalın ölümü ilə bağlı hər hansı bir əlavə açıqlama verməyib.

Qeyd edək ki, yanvar ayında İranın ali lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alınacağını bildirmişdi.

Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.